525.Az

Nazir müavini Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək


 

Nazir müavini Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək<b style="color:red"></b>

Elm və təhsil nazirinin müavini Həsən Həsənli mayın 22-də Ağdaş şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

525.az-a nazirlikdən bildirilib ki, qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər.

Adıçəkilən rayonun sakinləri mayın 20-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

 





07.05.2026    çap et  çap et