525.Az

ABŞ-də eniş edən təyyarə yük maşını ilə toqquşub


 

ABŞ-də eniş edən təyyarə yük maşını ilə <b style="color:red"> toqquşub</b>

ABŞ-də təyyarə qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatının Nyuark Liberti Beynəlxalq Hava Limanına eniş edən sərnişin təyyarə yük maşını ilə toqquşub. Qəza zamanı yük maşınının sürücüsü yüngül xəsarətlər alıb.

Venesiyadan gələn “United Airlines Boeing 767” təyyarəsinin qəza zamanı göyərtəsində 231 sərnişin heyət üzvü olub. Xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.

“United Airlines” hadisə ilə bağlı hərtərəfli uçuş təhlükəsizliyi araşdırması aparılacağını və bu prosesin bir hissəsi olaraq heyət üzvlərinin vəzifələrindən azad edildiyini açıqlayıb.

İbrahim Cəfərov

 





07.05.2026    çap et  çap et