525.Az

Qəzzada ölənlərin sayı 72 628-ə çatıb


 

Qəzzada ölənlərin sayı <b style="color:red"> 72 628-ə çatıb</b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 9 mülki şəxs həlak olub, 39 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 846 nəfər həlak olub, 2418 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 628-ə, yaralıların sayı isə 172 520 nəfərə çatıb.

İbrahim Cəfərov

 





07.05.2026    çap et  çap et