525.Az

Niderlandın hakim partiyasının qərargahında partlayış


 

Niderlandın hakim partiyasının qərargahında <b style="color:red"> partlayış</b>

Niderlandda hakim D66 partiyasının qərargahında partlayış törədilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə Bakı vaxtilə 23.00-da baş verib.

Naməlum şəxsin Haaqadakı qərargahın girişindəki poçt qutusuna qoyduğu fişənglərdən hazırlanmış partlayıcının işə düşməsi nəticəsində xəsarət alan olmayıb. Bu  barədə D66-nın lideri və Niderlandın baş naziri Rob Yetten açıqlamasında bildirib.

Qeyd edək ki, yerli polis hadisəni törətməkdə şübhəli  bilinən şəxsi həbs etdiyi barədə məlumat yayıb.

L.Tağıyeva

 





08.05.2026    çap et  çap et