Finlandiyanın ən yaşlı sakini Vieno Nurmilaukas 108 yaşında dünyasını dəyişib
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun oğlu Yukka Nurmilaukas mətbuata bildirib.
Vieno Nurmilaukas 1917-ci il sentyabrın 23-də Böyük Finlandiya Knyazlığında anadan olmuşdu. Bu isə onun Rusiya İmperiyasında dünyaya gəlməsi deməkdir. Belə ki, Nurmilaukas doğulanda Finlandiya Rusiya İmperiyasının bir parçası idi.
Qeyd edək ki, Finlandiya 100 ildən çox (1809-1917) Rusiya İmperiyasının tərkibində olub. 1917-ci ilin dekabrında Finlandiya Parlamenti müstəqillik aktının qəbul edib.
L.Tağıyeva
çap et