525.Az

Yaponiyada bir gündə iki ayı hücumu 


 

Yaponiyada bir gündə iki ayı hücumu <b style="color:red"></b>

İvate prefekturasında srağagün  ayı 60 yaşlı qadına hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, möcüzə nəticəsində sağ qalıb.

Meşəyə giləmeyvə yığmağa gedən qadının itkin düşdüyü ehtimal olunub və onun axtarışlarına başlanılıb. Bir müddət sonra isə huşsuz vəziyyətdə tapılıb. Onun üzərində ayının törədə biləcəyi yaralar və sınıqlar aşkarlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan zərərçəkən hələ də özünə gəlməyib.

Bu, son 2 gündə ayıların insanlara sayca ikinci hücum faktıdır. Dünən Yamaqata prefekturasında da bənzər hal yaşanıb. Ayı 70 yaşlı kişiyə hücum edib. Xoşbəxtlikdən başından və sifətindən yaralanan kişi sağ qalıb.

Qeyd edək ki, ötən il Yaponiyada  238 nəfər ayı hücumuna məruz qalıb, onlardan 13-ü həyatını itirib. Bu, qeydiyyat aparılan dövrdən bəri ən yüksək ölüm göstəricisidir.

L.Tağıyeva

 





08.05.2026    çap et  çap et