525.Az

Azərbaycanda 4 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb


 

Azərbaycanda 4 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon 181,8 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.

 





08.05.2026    çap et  çap et