525.Az

Mexikoda ticarət mərkəzində yanğın - 5 ölü, 12 yaralı


 

Mexikoda ticarət mərkəzində yanğın - <b style="color:red"> 5 ölü, 12 yaralı</b>

Meksikanın Sinaloa ştatında faciəli yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los Moçisdəki “Plaza Fiesta Las Palmas” ticarət mərkəzində yerli vaxtla 14:30 radələrində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və tibbi qruplar göndərilib və yanğın saat 16:50-də nəzarət altına alınıb.

İlkin məlumatlara görə, ən azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, bəzi insanların xəstəxanalara təkbaşına müraciət etdiyini bildirib və ölənlərin sayının arta biləcəyini əlavə edib.

İbrahim Cəfərov

 





08.05.2026    çap et  çap et