525.Az

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək


 

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

525.az-a QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.

Vəqfin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısının builki mövzusu “Qlobal məsuliyyət - müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam”dır.

Şeyxülislam A.Paşazadə Zirvə görüşündə çıxış edəcək, tədbir çərçivəsində görüşlər keçirəcəkdir.

 





08.05.2026    çap et  çap et