525.Az

Özbəkistan prezidenti Qələbə Paradında iştirak etməyəcək


 

Özbəkistan prezidenti Qələbə Paradında iştirak etməyəcək<b style="color:red"></b>

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 9 mayda Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək.

525.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Özbəkistan prezidenti Şavkat Mirziyoyev 9 may tarixində Moskvada keçiriləcək bayram şənliklərdə iştirak etməyəcək", - açıqlamada deyilir.
Kremlin dərc etdiyi Qələbə Paradına dəvət olunmuş xarici liderlər siyahısında Mərkəzi Asiya ölkələrinin liderləri yoxdur. Qeyd olunub ki, Qırmızı Meydandakı parad 2018-ci ildən bəri ilk dəfə onların iştirakı olmadan keçiriləcək.

Pərvanə Sultanova

 





08.05.2026    çap et  çap et