525.Az

SOCAR-da mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib


 

SOCAR-da mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin mövcud planına uyğun olaraq xəbərdarlıq-toplanış məşqi keçirilib.
 
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, məşq “həyəcan siqnalı”nın verilməsi ilə başlanıb, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və onların tabel əmlaklarına baxış keçirilib, funksional vəzifələri ilə əlaqədar sorğu aparılıb.
 
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilkin tibbi yardımın göstərilməsi, yanğının söndürülməsi, qəza xilasetmə və qəza bərpa işlərinin həyata keçirilməsini praktik nümayiş etdirib. Məşqin gedişində FHN-nin Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəhbər heyəti iştirak edib. Mülki müdafiə qüvvələrinin hazırlığı müsbət qiymətləndirilmiş, müvafiq tövsiyələr verilib.
 





26.02.2015    çap et  çap et