525.Az

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb - DİN


 

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb - <b style="color:red"> DİN</b>

Mayın 8-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

525.az-a bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

 





09.05.2026    çap et  çap et