525.Az

Azərbaycan cüdoçuları günü medalsız başa vurdu


 

Azərbaycan cüdoçuları günü medalsız başa vurdu<b style="color:red"></b>

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

525.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulub.

Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda mübarizədə Monqolustan cüdoçusu Anxzaya Lavjarqala məğlub olub.

Digər təmsilçimiz Südabə Ağayeva (70 kq) isə 1/8 finalda Almaniya cüdoçusu Miriam Butkereytə məğlub olaraq çıxışını başa vurub.

Xatırladaq ki, "Böyük Dəbilqə" mayın 10-da başa çatacaq.

 





09.05.2026    çap et  çap et