Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
525.az xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KIA” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
çap et