525.Az

"Bakı-Xankəndi" velosiped yarışının ikinci mərhələsi start götürdü


 

"Bakı-Xankəndi" velosiped yarışının ikinci mərhələsi start götürdü<b style="color:red"></b>

Bu gün 08.10-da "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsi başlayıb.

525.az xəbər verir ki, "Sea Breeze" ərazisindən start götürən velosipedçilər Şamaxıdan keçməklə İsmayıllıda finişə çatacaqlar. Bu mərhələdə onlar 193,2 km məsafə qət edəcəklər.

Dünən ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci olub.

Xatırladaq ki, 5 mərhələdən ibarət olan yarış mayın 14-də Xankəndi şəhərində başa çatacaq.

 





11.05.2026    çap et  çap et