525.Az

Nəriman MLS-də növbəti oyuna çıxdı


 

Nəriman MLS-də növbəti oyuna çıxdı<b style="color:red"></b>

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.

525.az xəbər verir ki, sözügedən komanda 12-ci turda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb və 0:3 heabı ilə uduzub. 

Nəriman Axundzadə matçın 79-cu dəqiqəsində -  bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.

“Kolambus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 12-ci yerdədir.

 





11.05.2026    çap et  çap et