525.Az

Polis iki gündə 25 kq narkotik aşkarlayıb


 

Polis iki gündə 25 kq narkotik aşkarlayıb<b style="color:red"></b>

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

 





11.05.2026    çap et  çap et