525.Az

Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq


 

Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2026-cı il üzrə orta qiyməti üzrə proqnozunu 141 dollardan çox artırıb.

525.az xəbər verir ki, Fond 2026-cı il üçün Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti ilə bağlı proqnozunu 1 000 kubmetr üçün 380,4 ABŞ dollarından 521,9 dollara qaldırıb. Bu, əvvəlki proqnozla müqayisədə 141,5 dollar və ya 37,2% çoxdur.

IMF 2027-ci il üzrə proqnozunu 326,5 dollardan 424,3 dollara yüksəldib. Bu isə 97,8 dollar və ya 30% artım deməkdir. 2028-ci il üçün proqnoz 287,1 dollardan 312,1 dollara kimi artırılıb.

 





11.05.2026    çap et  çap et