525.Az

Növbəti 3 gün intensiv yağış yağacaq, dolu düşəcək


 

Növbəti 3 gün intensiv yağış yağacaq, dolu düşəcək<b style="color:red"></b>

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı gözlənilir.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

 





11.05.2026    çap et  çap et