525.Az

İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb


 

İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb<b style="color:red"></b>

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 





11.05.2026    çap et  çap et