525.Az

Rusiya bu meyvəni ən çox Azərbaycandan idxal edib


 

Rusiya bu meyvəni ən çox Azərbaycandan idxal edib<b style="color:red"></b>

Azərbaycan ötən il Rusiyaya ən çox alma ixrac edən ölkə olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkəmizdən idxal olunan almanın ümumi dəyəri 60 milyon dollar təşkil edib.

İkinci yerdə 50 milyon dollarlıq göstərici ilə Çin qərarlaşıb.

Serbiya (41,8 milyon), Moldova (36,8 milyon) və CAR (26.9 milyon) ilk "beşlik"də yer alıb.

Qeyd edək ki, ilk "onluq"dakı digər ölkələr bunlardır:  Gürcüstan, Qazaxıstan, Türkiyə, Çili və Argentina.

L.Tağıyeva

 





12.05.2026    çap et  çap et