Namibiyanın Sossusvlei bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sossusvlei bölgəsindəki bir otelə getmək üçün paytaxt Vindhoekdəki Hosea Kutako Beynəlxalq Hava Limanı yaxınlığındakı şəxsi uçuş-enmə zolağından havaya qalxan “Cessna 210 Centurion” təyyarəsi planlaşdırılan vaxtda təyinat yerinə çatmayıb.
Havadan və qurudan aparılan axtarış-xilasetmə əməliyyatlarından sonra təyyarə Sossusvlei yaxınlığındakı Namib səhrasında qəzaya uğramış vəziyyətdə tapılıb. Təyyarədə olan pilotun və 3 alman turistin cəsədləri çıxarılıb.
Həyatını itirənlərin şəxsiyyətləri hələ açıqlanmayıb, Namibiya Hava Qəzalarını Araşdırma Müdirliyi isə qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlanıldığını bəyan edib.
İbrahim Cəfərov
çap et