525.Az

Polis əməkdaşları Qaradağda yanğın baş verən əraziyə cəlb olunublar


 

Polis əməkdaşları Qaradağda yanğın baş verən əraziyə cəlb olunublar<b style="color:red"></b>

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

 





12.05.2026    çap et  çap et