525.Az

"Bakı-Xankəndi" velosiped yarışının üçüncü mərhələsi start götürdü


 

"Bakı-Xankəndi" velosiped yarışının üçüncü mərhələsi start götürdü<b style="color:red"></b>

Bu gün 09.20-də "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi başlayıb.

525.az xəbər verir ki, Qəbələ start götürən velosipedçilər Oğuz və Şəkidən keçməklə Mingəçevirdə finişə çatacaqlar. Bu mərhələdə onlar 162,9 km məsafə qət edəcəklər.

Srağagün ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko  birinci olmuşdu. Dünənki ikinci mərhələdə isə qalib adını Qazaxıstanın "Astana" komandasının üzvü Yevgeni Fyodorov qazanıb.

Xatırladaq ki, 5 mərhələdən ibarət olan yarış mayın 14-də Xankəndi şəhərində başa çatacaq.

 





12.05.2026    çap et  çap et