525.Az

Yaponiyada yer yarıldı - 3 metrlik çuxur əmələ gəldi


 

Yaponiyada yer yarıldı - <b style="color:red"> 3 metrlik çuxur əmələ gəldi</b>

Yaponiyanın Settsu şəhərində yol çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar. Bildirilib ki, dünən saat 15 radələrində Koroen rayonunda bir yolda çuxur əmələ gəlib. Çuxurun həm diametri, həm də dərinliyi 3 metrdir.

Xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb, lakin ərazinin ətrafındakı 700 metrlik yol təhlükəsizlik məqsədilə mayın 13-dək nəqliyyatın hərəkəti üçün bağlanıb.

İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, çuxur kanalizasiya xəttinin zədələnməsi nəticəsində yaranıb.

İbrahim Cəfərov

 





12.05.2026    çap et  çap et