Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində gömrük anbarında irimiqyaslı yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın yaxınlıqdakı dayanacağa keçərək LPG tankerinin partlamasına səbəb olub.
Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb edilib.
Yanğın zamanı 4-ü ağır olmaqla 43 nəfər xəsarət alıb, bir çox avtomobil yararsız hala düşüb.
Bəlucistan Əyalətinin Fəlakət İdarəetmə İdarəsi (PDMA) yanğının 80 faizinin nəzarət altında olduğunu və bir neçə saat ərzində tamamilə söndürüləcəyini açıqlayıb.
Yanğının səbəbi hələlik məlum deyil.
İbrahim Cəfərov
çap et