525.Az

İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək


 

İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək<b style="color:red"></b>

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

525.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 





12.05.2026    çap et  çap et