https://525.az/img/pics/medium/2026-06/393838_dmcyqyhtec.jpg İllər qaçır, dalınca sən...
https://525.az/img/pics/medium/2026-03/384663_d6g5mtl3u2.jpg Ceyhun Bayramov Yaponiyaya səfər edib
https://525.az/img/pics/medium/2026-06/392905_pdf6vdqx1r.jpg Bizim uşaqların zəfəri - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/393687_y4741ln6yp.jpeg Söz divanəsi - Sabir Rüstəmxanlı yazır
search
9 İyun 2026

“Bir az qənaət rejimində işlədik” - Qleb Suritsa

“Bir az qənaət rejimində işlədik” -  Qleb Suritsa

Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsində qalib olmasını şərh edib.

525.az xəbər verir ki, o, üçüncü mərhələdə qalib gəldiyi üçün emosiyalarının yaxşı olduğunu sözlərinə söyləyib:

“Emosiyalarımız yaxşıdır. Əsas məqsədlərimizdən biri liderliyi qorumaq idi. Qarşıda daha iki mərhələ var. Bir az qənaət rejimində işlədik. Əsas istəyimiz odur ki, başqa komandalar daha çox işləsin. Buna da nail olduq, gücümüzə qənaət etdik. Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq (gülür)”.

Rusiyalı velosipedçi növbəti iki mərhələ üçün  planlarının olduğunu vurğulayıb: “Bu gün bizə müəyyən təlimatlar veriləcək”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.