525.Az

“Bir az qənaət rejimində işlədik” - Qleb Suritsa


 

“Bir az qənaət rejimində işlədik” - <b style="color:red"> Qleb Suritsa</b>

Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsində qalib olmasını şərh edib.

525.az xəbər verir ki, o, üçüncü mərhələdə qalib gəldiyi üçün emosiyalarının yaxşı olduğunu sözlərinə söyləyib:

“Emosiyalarımız yaxşıdır. Əsas məqsədlərimizdən biri liderliyi qorumaq idi. Qarşıda daha iki mərhələ var. Bir az qənaət rejimində işlədik. Əsas istəyimiz odur ki, başqa komandalar daha çox işləsin. Buna da nail olduq, gücümüzə qənaət etdik. Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq (gülür)”.

Rusiyalı velosipedçi növbəti iki mərhələ üçün  planlarının olduğunu vurğulayıb: “Bu gün bizə müəyyən təlimatlar veriləcək”.

 





12.05.2026    çap et  çap et