525.Az

Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir


 

Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir<b style="color:red"></b>

Bakıda yerüstü və yeraltı piyada keçidlərindəki eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilir.

525.az-a bu barədə BŞİH-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Daha sonra isə onların Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansından alınaraq BŞİH-ə verilməsi planlaşdırılır.

 





12.05.2026    çap et  çap et