İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Afrika Biznes Şurası arasında Şuranın dəstəyi ilə Afrika-Azərbaycan biznes forumunun təşkil edilməsi məsələsi müzakirə edilib.
525.az AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə müzakirələr Şuranın nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə kənd təsərrüfatı, mədənçilik, tikinti və digər sahələrdə potensial əməkdaşlıq imkanları, qarşılıqlı investisiyaların təşviqi və biznes missiyalarının təşkili perspektivləri müzakirə edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti barədə məlumat verib.
Afrika Biznes Şurasının prezidenti xanım Amani Asfour təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb, Azərbaycan və Afrika işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, görüşdə AZPROMO cari ilin iyun ayında Misirdə keçiriləcək Afrika İttifaqı İcraiyyə Şurasının 49-cu iclasına və oktyabr ayında Cənubi Afrika Respublikasında təşkil olunacaq Afrika Mədən Konfransında iştiraka dəvət olunub.
çap et