525.Az

Yaponiyada ayı yaşlı qadını öldürdü 


 

Yaponiyada ayı yaşlı qadını öldürdü <b style="color:red"></b>

Yaponiyanın şimalında ayı meşədə giləmeyvə yığan qadını öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İvate prefekturasının Hatimantay şəhəri yaxınlığında baş verib.

69 yaşlı Kumaqay Tiekodan xəbər ala bilməyən yaxınları bu barədə polisə məlumat veriblər. Ertəsi gün isə onun avtomobili və cəsədi tapılıb. Başından aldığı yaraların xarakterinə əsasən onun ayı tərəfindən öldürüldüyü məlum olub.

Yeri gəlmişkən, ötə il Yaponiyada vəhşi heyvanların insanlara rekord sayda hücumu qeyd alınıb. Bu hücumlar nəticəsində 13 nəfər həyatını itirib, 217 nəfər yaralanıb.

L.Tağıyeva

 





13.05.2026    çap et  çap et