525.Az

Aborigenlərə 100 milyon dollar kompensasiya ödəniləcək


 

Aborigenlərə 100 milyon dollar kompensasiya ödəniləcək<b style="color:red"></b>

Avstraliyada məhkəmə "Fortescue" kompaniyasının qitənin köklü sakinlərinə 150,1 milyon Avstraliya dolları (108,4 milyon ABŞ dolları) həcmində kompensasiya ödəməsi barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kompaniyanın uzun illər aborigenlərin razılığı olmadan onların məskunlaşdıqları ərazilərdə təbii ehtiyatları çıxarması olub.

Maraqlıdır ki, yerli qəbilənin rəhbəri bu qərardan narazı qaldıqlarını bildirib. Onun sözlərinə görə, ödəniləcək kompensasiya həddən artıq azdır. Aborigenlər 1,3 milyard ABŞ dolları həcmində kompensasiya ümid edirdilər.

Bununla belə, bu məbləğ Avstraliya tarixində indiyə kimi köklü xalqlara ödəniləcək ən böyük kompensasiya kimi tarixə düşdü.

Qeyd edək ki, 2024-cü ilə olan məlumata görə, Avstraliyada 1 milyondan bir qədər artıq aborigen yaşayır ki, bu da ölkənin ümumi əhalisinin 3,8 faizi deməkdir.

L.Tağıyeva

 





13.05.2026    çap et  çap et