525.Az

Türkiyə və Ermənistan ticarət əlaqələrinin başlanması üçün hazırlıqları bitirib


 

Türkiyə və Ermənistan ticarət əlaqələrinin başlanması üçün hazırlıqları bitirib <b style="color:red"></b>

2022-ci ildən bəri davam edən Ermənistanla münasibətlərimizin normallaşması prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X" hesabında yazıb.

Onun sözlərinə görə, iki ölkə arasında sərhədin açılması üçün lazımi işlər hələ də davam edir.

“Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək Ermənistandan gələn malların son təyinat yerini və mənşəyini "Ermənistan/Türkiyə" kimi yazmaq mümkündür. Cənubi Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişafına töhfə verməyə davam edəcək”, - Öncü Keçeli bildirib.

Pərvanə Sultanova

 





13.05.2026    çap et  çap et