525.Az

"Pilləsiz keçidlərin sayı artırılmalıdır " - Nəqliyyat eksperti


 

"Pilləsiz keçidlərin sayı artırılmalıdır " -  <b style="color:red">Nəqliyyat eksperti</b>

“Ölümlə nəticələnən yol qəzalarınının sayını azaltmaq üçün sürəti azaldan həllər tətbiq olunmalıdır. Şəhər mühitində, yaşayış məntəqələrinin daxilində və eyni səviyyəli keçidlərdə təhlükəsizlik adacıqları yaradılmalıdır. Xüsusilə məktəb, bağça, poliklinika və xəstəxanaların yaxınlığında  sürəti azaldan həllərə ehtiyac var”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bunu 525.az-a deyib. Ekspertin sözlərinə görə, qəza xəritəsi formalaşdırılmalıdır ki, qəzaların dəqiq koordinatları müəyyən edilsin və həmin ərazilərdə təhlükəsizliklə bağlı infrastruktur təkmilləşdirilsin:

“Piyada səkilərinin davamlılığı təmin edilməli, işıqlandırma gücləndirilməli, keçidlərin sayı artırılmalıdır. Şəhər daxilində eyni səviyyəli zebra və svetoforlu keçidlərə üstünlük verilməli, şəhərətrafı sürətli yollarda isə müxtəlif səviyyəli keçidlər yaradılmalıdır. Bu keçidlər hər kəs üçün əlçatan olmalı, xüsusilə azmobilli şəxslər və mikromobillik vasitələrindən istifadə edənlər nəzərə alınmalıdır. Pilləsiz keçidlərin sayı artırılmalıdır”.

Sevinc Qarayeva 
 

 





13.05.2026    çap et  çap et