Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan TRIPP layihəsi üçün ərazinin tədqiqinə başlamaq məqsədilə İrəvana gələn Amerika şirkətinin nümayəndələri ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana gələn AECOM mühəndislik və konsaltinq şirkəti tərəfindən Baş nazirin müavininə layihənin texniki-iqtisadi əsaslandırmasının basilica istiqaməti və gözlənilən nəticələri təqdim edilib.
M.Qriqoryan TRIPP təşəbbüsünün regionda sülhün və sabitliyin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayaraq, davam edən işlərin vacibliyinə diqqət çəkib, regional kommunikasiyaların açılması üçün imkanları təqdim edib. O, həmçinin malların və resursların Ermənistan ərazisindən tranziti üçün böyük potensialın olduğunu söyləyib.
Pərvanə Sultanova
çap et