525.Az

İsrail Trampın İranla pis razılaşma əldə edəcəyindən narahatdır - CNN


 

İsrail Trampın İranla pis razılaşma əldə edəcəyindən narahatdır - <b style="color:red">CNN</b>

İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın münaqişəyə səbəb olan bir sıra əsas məsələləri həll etmədən İranla müqavilə imzalaya biləcəyindən narahatdır.

525.az xəbər verir ki, bu barədə CNN İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. 

"Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıqlar var", - mənbələrindən biri deyib.

Onlar qeyd ediblər ki, Tehranın nüvə proqramını qismən qoruyub saxlayacaq razılaşma ballistik raketlər və regional müttəfiqlərə dəstək məsələlərini həll etməyəcək, İsrailin İranla münaqişəni yarımçıq kimi görməsinə səbəb olacaq. İsrail danışıqların pozulmasına qarşı yüksək səviyyədə hazırlıqlıdır. 

“Əgər İran danışıqları uzatmağa və oyun oynamağa davam edərsə, eskalasiya real ssenaridir”, - mənbə deyib.

Pərvanə Sultanova

 





13.05.2026    çap et  çap et