525.Az

Yuxarı nəticə göstərən tələbələrin əksəriyyətində sosiallaşma problemləri müşahidə olunur - Ekspert


 

Yuxarı nəticə göstərən tələbələrin əksəriyyətində sosiallaşma problemləri müşahidə olunur - <b style="color:red">Ekspert</b>

“700 bal toplamaq əsas meyar deyil. Təcrübə göstərir ki, 700 balla ali təhsil müəssisəsinə qəbul olub təhsilini uğurla davam etdirə bilməyən abituriyent və tələbələr də var. Bu baxımdan, 700 bal daha çox orta məktəblərin reytinqinin müəyyənləşdirilməsində prioritet göstəriciyə çevrilib”.

Təhsil eksperti Məzahir Məmmədli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, 650 baldan yuxarı nəticə göstərən tələbələrin əksəriyyətində sosiallaşma problemləri müşahidə olunur. Onlar ünsiyyətdə çətinlik çəkir, gələcəkdə əmək bazarında mövqe tutmaq və karyera qurmaqda çətinliklərlə üzləşirlər:

“Aparılan statistikaya görə, bu günə qədər 700 bal toplayanların sayı təxminən 117-118 nəfərdir. Onlardan biri şəhid olub, bir neçəsi isə imkanlarını genişləndirmək üçün Avropa ölkələrinə üz tutub. Digərlərinin hansı fəaliyyətlə məşğul olduqları barədə isə dəqiq məlumat yoxdur. Nəticə etibarilə, 700 bal daha çox ali təhsil müəssisəsinə qəbul olmaq və məktəbə müəyyən nüfuz, reytinq və uğur qazandırmaq üçün göstərici kimi istifadə olunur".

Sevinc Qarayeva 
 

 





13.05.2026    çap et  çap et