525.Az

Madyar Orbanın iqamətgahından imtina edib


 

Madyar Orbanın iqamətgahından imtina edib<b style="color:red"></b>

Macarıstanın yeni Baş naziri Peter Madyar əvvəlki hökumət rəhbərinin iqamətgahından istifadə etməyəcək. O, rəsmi ofisini Budadan milli parlamentə daha yaxın olan Pestə köçürüb.

525.az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Baş nazirin ofisinin indi Konstitusiya küçəsində yerləşməsi simvolik məna daşıyır. 

Madyar seçki kampaniyası zamanı istifadəsində olan Skoda Superb avtomobilindən xidməti nəqliyyat vasitəsi kimi istifadə edəcəyini açıqlayıb.

Pərvanə Sultanova

 





13.05.2026    çap et  çap et