"Torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfədir bu bölgədə belə velosiped yarışı keçirilir. Bu mənzərəni görəndə adam öz vətəni ilə fəxr edir. Nə yaxşı ki, belə ölkədə yaşayırıq”.
525.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, veloyarışın dördüncü mərhələsinin yekunları barədə danışarkən bildirib:
“Yarış çox yaxşı keçir. Təhlükəsizlik baxımından da hər hansı problem yaşanmır. Mübarizə də yüksək səviyyədədir. Bilirik ki, “Astana” güclü komandadır. Lakin digərləri də əllərindən gələni edirlər. Əsas məsələ odur ki, yarışda mübarizə aparan 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək”.
çap et