525.Az

ABŞ İraq millisinin beş futbolçusuna viza vermir


 

ABŞ İraq millisinin beş futbolçusuna viza vermir<b style="color:red"></b>

Futbol üzrə İraq milli komandası dünya çempionatı öncəsi ciddi problemlə üzləşib.

525.az "Shafaq News"a istinadən xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının üzvü Qaleb əl-Zameli açıqlama verib.

Məlumata görə, İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib. Müxtəlif səbəblərdən İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Həmadinin viza müraciətinə rədd cavabı verilib.

Bildirilib ki, İraq Futbol Federasiyası məsələ ilə bağlı FIFA-ya müraciət etməyə hazırlaşır. Federasiya mundial öncəsi problemin qısa müddətdə həll olunacağına ümid edir.

Qeyd edək ki, adıçəkilən futbolçular İraq millisinin əsas heyət üzvləri hesab olunur.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İ qrupunda yer alan İraq millisi burada Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.

 





13.05.2026    çap et  çap et