Pakistanın Xayber-Paxtunxva əyalətinin Lakki Marvat rayonunda Nauranq Polis İdarəsi yaxınlığında partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla 9 nəfər ölüb, 18 nəfər yaralanıb.
Polis ərazini mühasirəyə alıb və hadisə ilə bağlı araşdırmalara başlayıb. Səlahiyyətlilər partlayışın səbəblərinin müəyyən edilməsi və günahkarların müəyyənləşdirilməsi üçün araşdırma aparır.
Yaralıların və ölənlərin aparıldığı Sarai Naurang xəstəxanasında fövqəladə vəziyyət elan edilib.
İbrahim Cəfərov
çap et