525.Az

Slovakiya Ukrayna ilə bütün sərhəd-keçid məntəqələrini bağladı


 

Slovakiya Ukrayna ilə bütün sərhəd-keçid məntəqələrini bağladı<b style="color:red"></b>

Slovakiya hökuməti dünən Bakı vaxtı ilə 17.00-dan etibarən Ukrayna ilə bütün sərhəd-keçid məntəqələrini başlayıb.

525.az xəbər verir ki, bu barədə yerli Dennik N portalı məlumat yayıb.

Məntəqələrin təhlükəsizliklə əlaqədar qapadıldığı bildirilsə də, təfərrüatı açıqlanmayıb. Nə vaxt açılacağı barədə də bilgi verilmir.

Qeyd edək ki, bu iki dövlət arasında 5 sərhəd-keçid məntəqəsi var. Onlardan biri vətəndaşlar, ikisi avtomobillər, ikisi isə qatarlar üçün nəzərdə tutulub.

L.Tağıyeva

 





14.05.2026    çap et  çap et