525.Az

Nigeriyada keçmiş nazirə 75 illik həbs cəzası


 

Nigeriyada keçmiş nazirə 75 illik həbs cəzası<b style="color:red"></b>

Nigeriya məhkəməsi dünən dələduzluqda ittiham olunaraq qiyabi həbs edilən ölkənin sabiq energetika naziri Saleh Mamman haqqında qərar çıxarıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ona 75 illik həbs cəzası kəsilib.

Mammanın nazir olduğu dövrdə 33,8 milyard nayr (24,71 milyon dollar) mənimsədiyi sübuta yetirilib.

Qeyd edək ki, Mamman 2019-2021-ci illərdə bu posta çalışıb. 2021-ci ilin sentyabrında isə prezident Muhammadu Buharinin əmri ilə istefaya göndərilib.

L.Tağıyeva

 





14.05.2026    çap et  çap et