525.Az

TƏBİB-in İcraçı direktoru vətəndaş qəbulu keçirəcək


 

TƏBİB-in İcraçı direktoru vətəndaş qəbulu keçirəcək<b style="color:red"></b>

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 25 may tarixində Xızı rayonunda Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

525.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb

Belə ki, qəbul Xızı Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.

Vətəndaşlar [email protected]. az elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

 





14.05.2026    çap et  çap et