525.Az

Tramp Çin səfərindən sonra İrana qarşı növbəti addımı ata bilər


 

Tramp Çin səfərindən sonra İrana qarşı növbəti addımı ata bilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Çinə səfərindən sonra İrana qarşı daha ciddi addımlar ata bilər.

525.az xəbər verir ki, bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, nəzərdən keçirilən variantlardan biri Amerika donanmasından istifadə edərək Hörmüz boğazından gəmilərin tranzitini təşkil etməyi planlaşdıran "Azadlıq Layihəsi" əməliyyatının bərpasıdır. Bundan əlavə, ABŞ İran infrastrukturuna qarşı yeni bombardman kampaniyaları başlatmaq imkanlarını araşdırır. 

Portal yazır ki, İsrail rəsmiləri ABŞ-ın hərbi əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə ölkələrinin yüksək hazırlıq vəziyyətində olacağını bildirirlər. 

Trampın Çinə səfəri mayın15-dək davam edəcək. Səfərin məqsədi ticarət-iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, ABŞ-İran münaqişəsi də daxil olmaqla, qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.

Pərvanə Sultanova

 





14.05.2026    çap et  çap et