525.Az

Si Cinpindən Trampa Tayvanla bağlı xəbərdarlıq 


 

Si Cinpindən Trampa Tayvanla bağlı<b style="color:red"> xəbərdarlıq </b>

Tayvan boğazında sülh və sabitliyin qorunması Çin və ABŞ arasında ən böyük ortaq nöqtədir.

525.az xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Pekində dövlət səfərində olan ABŞ prezidenti Donald Trampla danışıqları zamanı bildirib.

Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu deyən Si Cinpin, düzgün yanaşma ilə ikitərəfli münasibətlərin ümumilikdə sabit qala biləcəyini bir daha vurğulayıb. Əks təqdirdə, iki ölkə arasında toqquşmalar və hətta münaqişələr yaranacaq ki, bu da Çin-ABŞ münasibətlərini son dərəcə təhlükəli vəziyyətə gətirə bilər. 

Si Cinpin əlavə edib ki, "Tayvanın müstəqilliyi" Tayvan boğazında sülhün odla su qədər uyğunsuz olması deməkdir.

Pərvanə Sultanova

 





14.05.2026    çap et  çap et