525.Az

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb


 

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

525.az-a Ədliyyə Nazirliyndən daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





14.05.2026    çap et  çap et