525.Az

Paytaxtda yeni işıqforlar istifadəyə verilib


 

Paytaxtda yeni işıqforlar istifadəyə verilib<b style="color:red"></b>

Paytaxt Bakının Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən işıqforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra olunub.

 





14.05.2026    çap et  çap et