525.Az

Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal


 

Avropa çempionatı: <b style="color:red"> Xədicə Qurbanzadədən gümüş medal</b>

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, bu gün Azərbaycanın 6 qadın güləşçisi xalça üzərinə çıxıb.

Xədicə Qurbanzadə almaniyalı Mədinə Bayramovaya 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla məğlub olub və gümüş medal qazanıb.

Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala  isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkaya 0:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovoza 0:10 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub.

Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub.

Simurə Abdullayeva  bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub.

 





14.05.2026    çap et  çap et